DÇ-2022: Hakimlərin mundialda dodaq uçuqladan maaşı açıqlandı

DÇ-2022: Hakimlərin mundialda dodaq uçuqladan maaşı açıqlandı

Dünya Kuboku-2022-də hakimlərin gəlirləri kifayət qədər yüksək olacaq.

mediasport.az xəbər verir ki, mundialda baş hakim kimi meydana çıxan referilər ümumilikdə 70 min dollar, köməkçiləri isə 25 min maaş alacaqlar.

Hakimlərə matçın ağırlığından və sayından asılı olaraq, əlavə mükafat da verilir. Qrup mərhələsindəki hər təyinat baş hakimlərə əlavə 3 min dollar qazandırırsa, məbləğ 1/8 finaldan 10 minə yüksəlir.

Dördüncü və yan xətt hakimlərinin qrup qarşılaşmalarındakı qonorarı 2500, pley-offdakı qazancları 5 min dollar təşkil edəcək. VAR-a nəzarət edənlərə hər oyun üçün 3 min dollar ödənilir. Qrup mərhələsindən sonra bonus 5 min dollar olacaq.

Qətərə ümumilikdə 36 hakim, 69 köməkçi və 24 VAR referisi yollanıb. Hər görüşün hakimlər briqadasına 10 nəfər daxil edilir.