DÇ-2022: Yığmamız Meksika mundialında uğursuzluqla yadda qaldı
Taekvondo yığmamız Meksikanın Qvadalaxara şəhərində keçirilən Dünya çempionatında çıxışını uğursuzluqla yekunlaşdırıb.
mediasport.az xəbər verir ki, mundiala 8 idmançı ilə yollanan komandamız aktivinə yalnız bir medal yazdırıb.
68 kq-da mübarizə aparan Cavad Ağayev bürünc medal qazanıb.
Baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun ixtiyarında olan Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Sədri Həmidrza (63 kq), Eltac Qafarov (74 kq) və Taleh Süleymanovla (87 kq) yanaşı, Səbuhi Zülfüqarovun rəhbərliyi altında qadınlardan Minayə Əkbərova (46 kq) və Patimat Abakarova (49 kq) da turniri medalsız başa vurub.