DÇ-də iştirak edəcək yığmalarımızın heyəti açıqlandı

DÇ-də iştirak edəcək yığmalarımızın heyəti açıqlandı

Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) kişilərdən və qadınlardan ibarət paracüdo üzrə milli komandaların məşqçiləri ilə görüş olub.

Komitədən mediasport.az saytına verilən məlumata görə, görüşdə komitənin prezidenti İlqar Rəhimov, Bakıda keçiriləcək Dünya çempionatının Təşkilat Komitəsinin sədri, AMPK-nın prezidentinin köməkçisi Kamal Məmmədov, vitse-prezidenti İlham Zəkiyev, kişilərdən ibarət millinin baş məşqçisi İbrahim İbrahimov, qadınlardan ibarət yığmanın baş məşqçisi Ramin İbrahimov və məşqçilər iştirak ediblər.

Görüş zamanı komitə prezidenti Dünya çempionatına çox az vaxtın qaldığını, Təşkilat Komitəsinin çempionata plan üzrə hazırlaşdığını bildirib. Daha sonra İ.Rəhimov baş məşqçilərdən idmançıların fiziki və psixoloji vəziyyəti ilə maraqlanıb.

Kişilərdən ibarət para-cüdo üzrə milli komandanın baş məşqçisi İ.İbrahimov idmançıların Göygöl Olimpiya İdman Kompleksində baş tutan təlim-məşq toplanışından yeni qayıtdığını, çempionata tam hazır olduqlarını qeyd edib.

Qadınlardan ibarət yığmanın baş məşqçisi R.İbrahimov isə öz növbəsində bildirib ki, idmançılarımız yüksək əhval-ruhiyyədədir. Onların doğma divarlar arasında yüksək nəticələr əldə edib, xalqımızı sevindirəcəklərinə əminəm.

Daha sonra isə dünya çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Kişilər:

1.Muradov İsmayıl -60 kq J1

2.Əhmədov Aydın -60 kq J2

3.Mustafayev Bayram -60 kq J2

4.Şirinli Vüqar -60 kq J2

5.Əliyev Amil -73 kq J1

6.Abaslı Namiq -73 kq J2

7.Rəhimli Hüseyn -73 kq J2

8.Qəniyev Xəyal -90 kq J1

9.Mislimov Zakir -90 kq J1

10.Ağayev Kamil -90 kq J2

11.Şabiyev Taleh -90 kq J2

12.Zəkiyev İlham +90 kq J1

13.İsmayılzadə Əlican +90 kq J2

14.Abdullaxanlı Kənan +90 kq J2

15.İsmayılov Abdulla +90 kq J2


Qadınlar:

1.Hacıyeva Şəhanə -48 kq J2

2.İbrahimova Əsma -48 kq J2

3.Seydova Vəfa -57 kq J1

4.Abdullayeva Səbinə -57 kq J2

5.Hüseynova Xanım -70 kq J2

6.İsmiyeva Xatirə +70 kq J1

7.Kərimova Dürsədəf +70 kq J2