Yüksək Liqa: 4 hissə davam edən oyunda "Abşeron" üzülüb

Yüksək Liqa: 4 hissə davam edən oyunda "Abşeron" üzülüb

Azərbaycan Yüksək Liqasında qadın voleybolçuların mübarizəsində daha bir qarşılaşma baş tutub.

Mediasport.az xəbər verir ki, "Murov Az Terminal" "Abşeron"la gərgin keçən görüşdə qələbə qazanıb.

Qeyd edək ki, görüş Gənclər və İdman Nazirliyinin (GİN) Voleybol Mərkəzində keçirilib.

Azərbaycan Yüksək Liqası. 8-ci tur. Qadınların mübarizəsi

"Murov Az Terminal" - "Abşeron" 3:1 (28:26, 25:22, 29:31, 25:17)