Orxan Əliyev üçün yubiley matçı
"Kəpəz" Azərbaycan Premyer Liqasının 13-cü turunda "Sabah"la heç-heçə edib (2:2).
Mediasport.az xəbər verir ki, həmin matç həm öz, həm də rəqib qapısına qol vuran "sarı-göylər"in üzvü Orxan Əliyev üçün əlamətdar olub.
O, Gəncə klubunun heyətində 50-ci çempionat matçına çıxıb. 28 yaşlı hücumçu bu oyunlarda 6 qol vurub.
Orxanın məhsuldar zərbələrinin yarısı cari mövsümə təsadüf edib. Hücumçu daha əvvəl "Neftçi" ilə görüşdə dubla imza atıb.