Hətta San-Marino yığması bizdən az qol buraxıb! - Milli BİABIRÇILIQ
Futbol üzrə AÇ-2024-ün seçmə qrup mərhələsində ikinci tura bu axşam yekun vurulacaq.
mediasport.az xəbər verir ki, "F" qrupunda yer alan Azərbaycan milli komandası hələlik ən çox qol buraxan iki yığmadan biridir.
Yalnız Lixtenşteyndən geri qalırıq. "Cırtdan" adlandırılan futbol ölkəsi 11 dəfə məyus olub, Azərbaycan isə qapısında 9 top görüb. Azərbaycan futbolçuları hətta San-Marino millisini də qabaqlayır.
Lixtenşteyn - 11 qol
Azərbaycan - 9
Cəbəllütariq - 6
Lüksemburq - 6
Belarus - 5 (bir oyuna)
San Marino, Malta və Bolqarıstan - 4