Türkiyə klubu Ramil Şeydayevin baş məşqçisini istefaya göndərib
Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" klubunda baş məşqçi ayrılığı rəsmiləşib.
Mediasport.az xəbər verir ki, 1-ci Liqa təmsilçisi Ərtoğrul Sağlamı istefaya göndərib.
İzmit klubundan verilən açıqlamada tərəflərin qarşılqılı razılıqla vidalaşdıqları qeyd edilib.
Superliqaya çıxmağı hədəfləyən "Kocaelipsor" 23 turdan sonra 43 xalla 3-cü pillədə qərarlaşıb və lider "Eyüpspor"dan 12 xal geri qalır.
Qeyd edək ki, Şeydayev bu komandaya məhz Ərtoğrul Sağlamın istəyilə transfer olunub.