Almaniya millisi AVRO-2024-ə böyük hesablı qələbə ilə başladı

Almaniya millisi AVRO-2024-ə böyük hesablı qələbə ilə başladı

Futbol üzrə 4-illiyin zirvə yarışlarından Avropa çempionatına start verilib.

Mediasport.az xəbər verir ki, Almaniyanın ev sahibliyi etdiyi qitə birinciliyinin final mərhələsi bir qarşılaşma ilə başlanıb.

İlk oyun günündə A qrupunda yer alan meydan sahibi Şotlandiya yığması ilə qarşılaşıb və Bundestim böyükhesablı qələbə qazanıb.

Qrupun Macarıstan - İsveçrə görüşü sabah oynanılacaq.

6 qrupdan ibarət 24 komandanın iştirakı ilə keçiriləcək turnir 10 şəhərdə və 10 stadionda təşkil ediləcək.


Avropa çempionatı. A qrupu. 1-ci tur


23:00. Almaniya - Şotlandiya 5:1

Qollar: Florian Virts, 10, Camal Musiala, 19, Kay Haverts, 45+1-pen., Niklas Füllkruq, 68, Emre Can, 90+3 - Antonio Rüdiger, 87-avtoqol.

Qırmızı vərəqə: Rayan Porteus (Şotlandiya)

Baş hakim: Kleman Türpin (Fransa).

Münhen, “Alyans Arena”.