Dünya çempionatı: Azərbaycan millisinin rəqibləri müəyyənləşdi

Dünya çempionatı: Azərbaycan millisinin rəqibləri müəyyənləşdi

23 yaşadək minifutbolçulardan ibarət dünya çempionatının püşkatması keçirilib.

Mediasport.az xəbər verir ki, 4-cü qrupda yer alan Azərbaycan millisi 1/4 final uğrunda Serbiya və Mavritaniya yığmaları ilə qarşılaşacaq.

Tarixdə ilk dəfə keçiriləcək mundial 7-10 oktyabr aralığında Xorvatiyada təşkil olunacaq.

23 yaşadək minifutbolçulardan ibarət dünya çempionatı

1-ci qrup: Xorvatiya, Kolumbiya, Çexiya

2-ci qrup: Slovakiya, Misir, Ukrayna

3-cü qrup: Hindistan, İngiltərə, İraq

4-cü qrup: Serbiya, Azərbaycan, Mavritaniya