Millimizin hücumçusu dünyanın ən yaxşısı seçilə bilər

Millimizin hücumçusu dünyanın ən yaxşısı seçilə bilər

Ümumdünya Çimərlik Futbolu Təşkilatı (BSWW) 2022-ci ilin ən yaxşı oyunçuları və məşqçiləri adına namizədlərin siyahısını açıqlayıb.

MediaSport.az xəbər verir ki, ən yaxşı futbolçu adına 100 namizədin sırasında Azərbaycan millisinin hücumçusu Sabir Allahquliyev yer alır.

Milli komandaların kapitanları və məşqçiləri arasında oktyabrın 11-dək səsvermə keçiriləcək. Qalibin adı noyabrın 6-da Dubayda (BƏƏ) keçiriləcək qala gecəsində elan ediləcək.