Azərbaycan klublarının Çempionlar Liqasında rəqibləri məlum oldu

Azərbaycan klublarının Çempionlar Liqasında rəqibləri məlum oldu

Minifutbol üzrə Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün püşkü atılıb.

Mediasport.az xəbər verir ki, Azərbaycanı yarışda təmsil edəcək çempion "Birbaşa Bakı" və "AzNur"un da rəqibləri müəyyənləşib.

"Birbaşa Bakı" "Brno" (Çexiya), "Livorno" (İtaliya) və "Malaqa" (İspaniya) komandaları ilə eyni qrupda yer alıb.

"Aznur"un rəqibləri isə "Andezit" (Ukrayna), "Qalport Sviçe" (Polşa) və "Les Pyöpyo" (Fransa) kollektivləri olub.

Çempionlar Liqası sentyabrda Polşanın paytaxtı Varşavada keçiriləcək.