Hakim Arzu Acalova Avstraliyada "A" kateqoriyasına yüksəldi
Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər komitəsinin üzvü Arzu Acalova "A" kateqoriyasına yüksəlib.
mediasport.az xəbər verir ki, referi Beynəlxalq Cüdo Federasiyasının Avstraliyanın Pert şəhərində təşkil olunmuş (IOC) imtahanından uğurla keçib.
Acalova 27-29 oktyabr tarixlərində böyüklər arasında Açıq Okeaniya turnirində görüşləri idarə edib. O, həm nəzəri, həm də praktiki imtahanı yaxşı nəticə ilə başa vurub.
Bu il Acalovadan başqa, federasiyanın hakimlər üzrə meneceri Mətin Rəhimli və hakimlər heyətinin üzvü Nazim Umbayev də "A" kateqoriyasına yüksəlib, Bəhriyyə Hüseynova və Elşad Əsədov isə "B" kateqoriyalı hakim statusu qazanıblar.