Dünya çempionatının sonuncu raundunun qalibi müəyyənləşdi

Dünya çempionatının sonuncu raundunun qalibi müəyyənləşdi

“Formula 1” üzrə Dünya çempionatının sonuncu - 22-ci raunduna yekun vurulub.

mediasport.az xəbər verir ki, Belçika doğumlu niderlandlı “Red Bull” pilotu Maks Verstappen bütün rəqiblərindən üstün olub.

Bu raund Əbu Dabidəki “Yas Marina” dairəsində keçirilib. “Ferrari”nin monakolu pilotu Çarlz Lekler ikinci yerlə kifayətlənib. "Red Bull"un digər təmsilçisi Serxio Peres isə üçüncü yeri tutub.