Maks Ferstappen Macarıstanda yeni rekordla yadda qaldı - "Formula 1"
"Formula 1" üzrə Qran-prinin Macarıstan mərhələsinə yekun vurulub.
MediaSport.az xəbər verir ki, qalib adını qazanan "Red Bull” komandasının ikiqat dünya çempionu Maks Ferstappen yeni rekordla yadda qalıb.
Niderlandlı pilotun bu uğuru Avstriya komandasının ardıcıl 12-ci qələbəsi olub. Bu da komandanın tarixində ən yaxşı nəticədir.
Qeyd edək ki, “Red Bull” komandası ötən dünya çempionatının sonuncu mərhələsi – Əbu-Dabi Qran-prisindən sonra heç vaxt məğlub olmayıb.
Cari mövsüm komanda 11 mərhələnin hamısında qalib gəlib. Meksikalı Serxio Peres iki, Ferstappen isə doqquz dəfə yarışın ən yaxşısı olub.