"Formula 1" tarixinin ən nüfuzlu iki pilotu müəyyənləşib
"Formula 1" tarixinin ən nüfuzlu iki pilotu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, bunlar hazırda koma vəziyyətində olan əfsanəvi Mixael Şumaxer və Fernando Alonsodur.
Məşhurlar “Formula 1" dünyasında ən nüfuzlu beş fiqur” adlı sorğuda seçiliblər.
Onlarla yanaşı, F1 tarixində ciddi rol oynamış “Formula 1”in sabiq rəhbəri Berni Ekklstoun, “Benetton” və “Renault”nun keçmiş rəhbəri Flavio Briatore və 1985-1993-cü illərdə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti olmuş Jan-Mari Balestrin də siyahıda yer alıblar.