Dünya çempionu "Udineze" ilə 3 aylıq müqavilə bağlayıb - RƏSMİ

Dünya çempionu "Udineze" ilə 3 aylıq müqavilə bağlayıb -  RƏSMİ

İtaliyanın məşhur futbolçularından Fabio Kannavaronun baş məşqçi kimi yeni klubu müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 2006-cı ilin dünya çempionu A Seriyası təmsilçisi "Udineze"nin "sükan"ı arxasına gətirilib.

50 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

Fabio düşmə zonasında yer alan Udine təmsilçisini Liqada saxlaya bilsə, əməkdaşlığın müddəti uzadılacaq.

"Udineze" 32 turdan sonra 28 xalla 17-ci pillədə qərarlaşıb.