Avropa çempionatlarının final mərhələlərində ən çox qol vuranlar
Avropa çempionatlarında ən çox qol vuran futbolçuların adları açıqlanıb.
Mediasport.az xəbər verir ki, dünya futbolunun canlı əfsanəsi Kristiano Ronaldo 1-ci sırada qərarlaşıb.
Karyerasında 6-cı dəfə qitə birinciliyinin final mərhələsinə hazırlaşan Portuqaliya millisinin 39 yaşlı lideri əvvəlki 5 turnirdə 14 dəfə fərqlənib.
Siyahının 2-ci pilləsində 9 qolla Fransa yığmasının əfsanəvi hücumçusu Mişel Platini qərarlaşıb. O, bütün qollarını 1984-cü ildə keçirilmiş Avropa çempionatında vurub.
İngiltərə milisinin sabiq üzvləri Alan Şirer və Ueyn Runi, həmçinin danimarkalı Ole Madsen və Fransa yığmasının vingeri Antuan Qrizmann hərəyə 7 qolla 3-6-cı yerləri bölüşürlər.
7-14-cü sıralarda isə 6 qolla Zlatan İbrahimoviç (İsveç), Ruud Van Nistelrooy, Patrik Klüyvert (hər ikisi Niderland), Viktor Ponedelnik (SSRİ), Alvaro Morata (İspaniya), Romelu Lukaku (Belçika), Tyerri Anri (Fransa) və Nunu Qomeş (Portuqaliya) yer alıblar.