Dünyanın ən yaxşı baş məşqçilərinin siyahısı açıqlanıb

Dünyanın ən yaxşı baş məşqçilərinin siyahısı açıqlanıb

Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri futbol üzrə dünyanın ən yaxşı baş məşqçilərinin siyahısını müəyyənləşdirib.

Mediasport.az xəbər verir ki, sıralamaya “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.

İngiltərə Premyer Liqasının digər təmsilçisi - “Liverpul”un çalışdırıcısı Yürgen Klopp 2-ci yeri tutur.

“Bayer”i tarixində ilk dəfə Almaniya çempionu edən ispaniyalı Şabi Alonso isə 3-cü pillədə qərarlaşıb.


"10-luq":


1. Xosep Qvardiola (“Mançester Siti”)

2. Yürgen Klopp (“Liverpul”)

3. Şabi Alonso (“Bayer”)

4. Karlo Ançelotti (“Real”)

5. Unay Emeri (“Aston Villa”)

6. Mikel Arteta (“Arsenal”)

7. Simone İnzagi (“İnter”)

8. Luis Enrike (PSJ)

9. Dieqo Simeone (“Atletiko”)

10. Yulian Nagelsmann (Almaniya milli komandası)