AVRO-2024: Oyunları idarə edəcək hakimlərin yekun siyahısı açıqlanıb

AVRO-2024: Oyunları idarə edəcək hakimlərin yekun siyahısı açıqlanıb

İyunun 14-də Almaniyada start götürəcək futbol üzrə Avropa çempionatının oyunlarını idarə edəcək əsas hakimlərin adları açıqlanıb.

Mediasport.az xəbər verir ki, yekun siyahıda yer alan 18 ədalət təmsilçisindən biri türkiyəli Halil Umut Melerdir.

AVRO-2024-də oyunları idarə edəcək hakimlər: Artur Soareş Diaş (Portuqaliya), Xesus Gil Mansano (İspaniya), Marko Quida, Daniele Orsato (hər ikisi İtaliya), İştvan Kovaç (Rumıniya), İvan Kruzliak (Slovakiya), Fransua Leteksye, Klemen Turpin (hər ikisi Fransa), Denni Makkeli (Niderland), Şimon Marçinyak (Polşa), Halil Umut Meler (Türkiyə), Qlenn Nuberq (İsveç), Maykl Oliver, Entoni Teylor (hər ikisi İngiltərə), Sandro Şerer (İsveçrə), Daniel Sibert, Felik Tsvayer (hər ikisi Almaniya), Slavko Vinçiç (Sloveniya).

Qitə birinciliyi iyulun 14-də başa çatacaq.