Mahrez də getdi

Mahrez də getdi

"Mançester Siti" ilə son mövsüm İngiltərə çempionu olan və UEFA Çempionlar Liqasını qazanan Riyad Mahrez "şəhərlilər"i tərk edib.

MediaSport.az xəbər verir ki, Əlcəzair milli komandasının üzvü karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

32 yaşlı hücumameylli yarımmüdafiəçi 30 milyon funt qarşılığında "Əl-Əhli"yə keçib.

Qeyd edək ki, Riyad Mahrez Mançester klubuna 2018-ci ildə "Lester"dən transfer edilmişdi.