Məşhur fransız futbolçu "Qarabağ" - "Olimpiakos" oyununda
Fransa millisinin sabiq futbolçusu Kristian Karambö Azərbaycana gəlib.
mediasport.az xəbər verir ki, bu barədə AFFA-nın skautu İlqar Qurbanov instaqram profilində paylaşım edib.
Yığmamızın sabiq yarımmüdafiəçisi az sonra Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Avropa Liqası qrup mərhələsi 4-cü turunun "Qarabağ" - "Olimpiakos" matçını izləyəcək.
Karambö ölkəsində "Nant", "Bastiya", İspaniyada "Real", İngiltərədə "Midlsbro", Yunanıstanda "Olimpiakos", İtaliyada "Sampdoriya"da çıxış edib.
O, hazırda Yunanıstan klubunun idman direktoru vəzifəsini icra edir.