"Fiziki cəhətdən güclü idik" - Finala çıxan "Sabah"ın baş məşqçisi
"İlk növbədə onu deyim ki, hesab oyuna görə deyil. İlk yarımfinal oyununda asan qələbə qazansaq da, bu dəfə çətin qarşılaşma alındı".
Mediasport.az xəbər verir ki, bunu "Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis deyib.
Litvalı mütəxəssis Azərbaycan Basketbol Liqasının "Xırdalan"la yarımfinalın ikinci oyunu haqda danışıb. Təcrübəli məşqçi finala çıxdıqları üçün şad olduqlarını deyib:
"Oyuna yaxşı, düşündüyümüz kimi başladıq. "Xırdalan" gedişatda bizi üstələməyi bacardı. Rəqib bizi yaxşı təhlil etmişdi. Lakin oyuna yenidən qayıtmağı bacardıq. Düşünürəm ki, biz fiziki cəhətdən daha güclü idik".
Qeyd edək ki, "Sabah" rəqibinə 81:62 hesabı ilə qalib gəlib.