Dünya Qadınlar Seriyasında milli və "Neftçi"nin rəqibləri müəyyənləşdi

Dünya Qadınlar Seriyasında milli və "Neftçi"nin rəqibləri müəyyənləşdi

3x3 basketbol üzrə Azərbaycan millisi və “Neftçi” klubunun Dünya Qadınlar Seriyasının Kosovanın paytaxtı Priştina mərhələsindəki rəqibləri müəyyənləşib.

MediaSport.az xəbər verir ki, yığmamız B qrupunda ABŞ və Macarıstanın "Qyor" komandası, Bakı təmsilçisi isə D qrupunda Niderland və Kosova seçmələri ilə mübarizə aparacaq.

Azərbaycan millisi ilk matçını ABŞ-a, "Neftçi" Niderland basketbolçularına qarşı keçirəcək. Qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Mərhələnin görüşləri iyulun 14-15-də baş tutacaq.