Millimizin təsnifat mərhələsindəki rəqibləri açıqlanıb

Millimizin təsnifat mərhələsindəki rəqibləri açıqlanıb

Azərbaycanın 3x3 qadınlardan ibarət basketbol millisinin "Paris-2024" Olimpiya oyunlarına vəsiqə qazanmaq üçün qatılacağı ilk təsnifat görüşlərindəki rəqibləri açıqlanıb.

Mediasport.az xəbər verir ki, millimiz Honkonq, Niderland, Macarıstan, Polşa, Monqolustan, Misir və Çili komandaları ilə üz-üzə gələcək.

Yaponiyada keçiriləcək ikinci təsnifat mərhələsinin oyunlarının tarixi bəlli olmasa da, üçüncü yarışın 23-26 may Macarıstanda baş tutacağı dəqiqləşib.

3 mərhələnin nəticələrinə görə, birinci yerin sahibi Paris Olimpiadasına lisenziya qazanacaq.

"Paris-2024" Olimpiya oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.