"Neftçi" Niderland millisini məğlub edib Şuşa mərhələsinin qalibi oldu

"Neftçi" Niderland millisini məğlub edib Şuşa mərhələsinin qalibi oldu

Şuşada keçirilən 3x3 basketbol üzrə Dünya Qadınlar Seriyasının növbəti mərhələsinə yekun vurulub.

mediasport.az xəbər verir ki, final qarşılaşmasında "Neftçi" ilə Niderland milli komandası üz-üzə gəlib.

Rəqibini 20:12 hesabı ilə məğlub edən təmsilçimiz Şuşa mərhələsinin qalibi adını qazanıb. "Neftçi"nin üzvü Arika Derris Karter matçın ən yaxşı oyunçusu adına layiq görülüb.