"Sabah"dan çətin qələbə
Azərbaycan Basketbol Liqasında (ABL) 14-cü tura start verilib.
mediasport.az xəbər verir ki, açılış oyununda "Sabah" və "Olimpik" (Şəki) üz-üzə gəlib. "Sərhədçi" İdman Mərkəzində keçirilən görüş paytaxt klubunun 77-72 hesablı qələbəsi ilə başa çatıb.
Ən məhsuldar basketbolçular "Sabah"dan Entoni Patti (32 xal, 11 ribaund), "Olimpik Şəki"dən isə Larri Robinson (18 xal, 3 asist) olublar.
14-cü turun "Zirvə" (Astara) - "AAAF Xırdalan", "Sərhədçi" - "Gəncə" və "Neftçi İK" - NTD oyunları yanvarın 21-i və 22-də keçiriləcək.