"Benfika"nın keçmiş müdafiəçisi Azərbaycan klubu ilə anlaşdı

"Benfika"nın keçmiş müdafiəçisi Azərbaycan klubu ilə anlaşdı

"Benfika"nın keçmiş müdafiəçisi Kalifo Balde Azərbaycanda oynaya bilər.

MediaSport.az xəbər verir ki, qvineya-Bisaulu futbolçu ölkəmizdən təklif alıb.

Portuqaliya mətbuatı 23 yaşlı sol cinah oyunçusunun adı açıqlanmayan Premyer Liqa klublarımızdan biri ilə razılaşmaq üzrə olduğunu yazıb. Futbolçu ilə Kipr klubları da maraqlanırlar.

"Sakavenense"nin yetirməsi 2017-2018-ci illərdə Lisabbon nəhənginin U-19 və B komandalarında forma geyinib.

Son mövsümü 3-cü liqa təmsilçisi "Amora"da keçirən Balde "Mirandela", "Torreense", "Freaumnde", "Lur" və "Kov de Pyedad" klublarında da çıxış edib.