"Qarabağ" avrokuboklarda almanlara qarşı: 7-ci duel
Avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ" sabah qrup mərhələsində çətin oyuna çıxacaq.
Mediasport.az saytının araşdırmasına görə, Azərbaycan çempionunun "Bayer"lə UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü tur çərçivəsində səfərdə keçirəcəyi görüş təmsilçimizin bu ölkə komandaları ilə avrokuboklarda 7-ci qarşılaşması olacaq.
Maraqlıdır ki, "atlılar" almanlarla yalnız Avropa Liqasında üz-üzə gəliblər.
Almaniya kollektivləri ilə ilk duelimiz 2010/2011-ci illər mövsümündə yarışın pley-off mərhələsində qeydə alınıb. Geridə qalan 6 matçda qələbəmiz yoxdur.
Sabah “BayArena”da keçiriləcək “Bayer” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
"Qarabağ" Almaniya klublarına qarşı:
UEFA Avropa Liqası, pley-off mərhələsi. 2010/2011
“Borussiya” (Dortmund) – “Qarabağ” 4:0
“Qarabağ” – “Borussiya” (Dortmund) 0:1
UEFA Avropa Liqası, pley-off mərhələsi. 2013/2014
“Qarabağ” – “Ayntraxt” 0:2
“Ayntraxt” – “Qarabağ” 2:1
UEFA Avropa Liqası, qrup mərhələsi. 2022/2023
“Frayburq” – “Qarabağ” 2:1
“Qarabağ” – “Frayburq” 1:1