Ehtiram Quliyev "Turan Tovuz"un İdarə Heyətinin yeni sədri oldu - RƏSMİ

Ehtiram Quliyev "Turan Tovuz"un İdarə Heyətinin yeni sədri oldu - RƏSMİ

"Huner Group" şirkətinin təsisçisi və direktoru Ehtiram Quliyev “Turan Tovuz" futbol klubunun İctimai Birliyinin İdarə Heyətinin sədri seçilib.

Klubdan "MediaSport"a verilən məlumata görə, təyinat bu gün rəsmiləşib.

Bunadək İdarə Heyətinin sədri olan Rəşid Məhərrəmov isə fəaliyyətini Müşahidə Şurasının üzvü kimi davam etdirəcək.

Qeyd edək ki, Ehtiram Quliyevin rəhbəri olduğu şirkət bu ilin fevralından Tovuz klubuna baş sponsorluq edir.