"Qarabağ"a 139 min avro göndərdilər

"Qarabağ"a 139 min avro göndərdilər

UEFA növbəti dəfə “Qarabağ”a ödəniş edib.

mediasport.az xəbər verir ki, qitə futbol qurumu avrokuboklarda çıxış edən klublar üçün koronavirus pandemiyası ilə əlaqədar maliyyə vəsaitinin ayrılması proqramı çərçivəsində 2021/2022-ci illər mövsümündə Konfrans Liqasında iştirak etmiş Ağdam klubuna 139 000 avro maliyyə vəsaiti ödəyib.

Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.