EKSKLÜZİV! "Qarabağ" Avroliqa oyununu bu stadionda keçirəcək

EKSKLÜZİV! "Qarabağ" Avroliqa oyununu bu stadionda keçirəcək

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Qarabağ"ın ev oyununu keçirəcəyi stadion müəyyənləşib.

mediasport.az saytına daxil olan məlumata görə, Ağdam klubu III tənsifat mərhələsində Finlandiyanın HİK klubunu Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

Ölkənin bir nömrəli arenasında hazırda aparılan təmir-tikinti işləri və ot örtüyünün dəyişdirilməsi prosesi tamamlanmaq üzrədir. İşlərin 95 faizi görülüb.

Fövqaəladə hal baş verməsə, Qurban Qurbanovun komandası finləri mərkəzi stadionda sınağa çəkəcək. Matç avuqstun 10-da saat 20:00-da başlanacaq.

Qeyd edək ki, mövsümə Çempionlar Liqasında başlayan "köhlən atlılar" I və II mərhələnin müvafiq olaraq "Linkoln" (Cəbəllütariq) və "Rakuv"la (Polşa) matçlarını Bakı Olimpiya Stadionunda keçirib.