Musayev qələbəni şərh etdi: "Bizi alovun içinə atdılar" - VİDEO

Musayev qələbəni şərh etdi: "Bizi alovun içinə atdılar" - VİDEO

"Sabah" Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə RFS-in qonağı olub.

MediaSport.az xəbər verir ki, tarixində ilk avrokubok oyununa çıxan Masazır təmsilçisi Yurmalada 2:0 hesablı qələbə qazanıb.

Qonaq komandanın baş məşqçisi Murad Musayev görüş haqqında fikirlərini bölüşüb. Rusiyalı mütəxəssis Oyunun çox çətin keçdiyini deyib:

"Bizim mövsümdəki ilk rəsmi oyunumuz idi. Yaxşı başlamışdıq. Düzdür, bir az üstünlüyü əldən verdik və rəqib də öz üstünlüyündən istifadə etməyə başladı. Rəqib bizə çətinliklər yaşatdı. Amma şadam ki, təzyiqə tab gətirdik və ikinci qolu vurduq, sonda qol buraxmadıq. Qələbə qazandıq. Amma bu, yalnız birinci hissədir ki, başa çatıb. Hələ Bakıda daha 90 dəqiqə var. Biz indi səhvlərimiz üzərində yaxşıca işləməliyik. Qarşıdakı 8 gündə yaxşı əmək sərf etmək lazımdır. Rəqibə bu qədər imkan vermək olmaz. Cavab oyununda daha yaxşı olmağa çalışacağıq.

Çalışdırıcı komandasının mövsümə tam hazır olub-olmaması barədə bunları deyib: "Bizim bu mövsüm birinci rəsmi oyunumuz idi. Latviyada çempionat davam edir. Özü də onlar yaxşı formadadır. Biz isə hələ yeni başlayırıq və demək olar ki, bizi birdən-birə odun içinə atdılar (gülür). Şadam ki, uşaqlar tab gətirdi. "Sabah" avrokuboklarda ilk matçında qələbə qazandı. Bu, vacib idi. Amma çox istəyərdim ki, iki oyunun ümumi nəticəsinə görə qələbə bizim olsun. Ona görə bu məsələyə toxunmadım. Bakıdakı oyundan sonra bu haqda danışmaq istəyərdim. Qarşıda görüləcək çox işimiz var".

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 3-də "Bank Respublika Arena"da keçiriləcək.