Əlibəyovdan "Maksima Masters" çempionatında daha 3 qızıl medal

Əlibəyovdan "Maksima Masters" çempionatında daha 3 qızıl medal

Rusiyanın paytaxtı Moskvada atçılığın dresaj növü üzrə cavan atlar (5-7 yaş) və böyük əsas atlar ("Qızıl Tur") arasında "Maksima Masters" çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, yarışa Azərbaycan idmançısı Aydın Əlibəyov 3 atla qatılıb.

Əsas böyük atlar arasında keçirilən çempionatda idmançımız daha 3 qızıl medal qazanıb.

Qeyd edək ki, o, cavan atlar arasında keçirilən mübarizədə də 2 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarışa aprelin 7-də yekun vurulacaq.