"Birgə səylərimiz nəticəsində istəyimizə nail olacağıq"
“Əsas məqsədimiz çövkəni inkişaf etdirmək və populyarlaşdırmaqdır”.
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev Binə Atçılıq Mərkəzində Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi ilə əlaqədar keçirilən Baş Assambleyada deyib.
O, bu idman növünün böyük tarixə malik olduğunu bildirib: “Belə bir tədbirin təşkili çövkənin dünya miqyasında tanınması üçün böyük əhəmiyyət kəsb edir. Əminəm ki, faydalı əməkdaşlığımız və birgə səylərimiz nəticəsində bu istəyimizə nail olacağıq".
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə yeni təsis edilən federasiyaya dəstək olacaqlarını və çövkən idman növünün inkişafına öz töhfələrini verəcəklərini vurğulayıb.
Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Çövkən Federasiyasının yaradılmasının Azərbaycan idmanı üçün tarixi an olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, fevralın 2-də əvvəlcə Beynəlxalq Çövkən Federasiyasının əsasnaməsinin formatı təsdiqlənəcək, daha sonra isə qurumun prezidenti və vitse-prezidenti vəzifələrinə seçkilər keçiriləcək.