Respublika birinciliyi keçiriləcək

Respublika birinciliyi keçiriləcək

Mayın 28-də Müstəqillik Gününə həsr olunmuş yorğa atları üzrə Azərbaycan birinciliyi keçiriləcək.

mediasport.az xəbər verir ki, Binə Atçılıq Mərkəzində təşkil olunacaq turnirdə ölkənin müxtəlif rayonlarından 40-dan çox ən güclü at gücünü sınayacaq.

Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə baş tutacaq yarış 6 müxtəlif məsafəyə görə bölünüb. Hər məsafədə yaşından, hazırlığından asılı olaraq, 8-15 at gücünü sınayacaq.