PFL rəsmisi Fransa klubunun Konfrans Liqası oyununda olacaq

PFL rəsmisi Fransa klubunun Konfrans Liqası oyununda olacaq

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.

Mediasport.az xəbər verir ki, qurum rəsmisi Avropa Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində iş başında olacaq.

O, “Şturm” (Avstriya) – “Lill” (Fransa) matçının UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qarşılaşma martın 7-də Avstriyanın Qrats şəhərindəki “Qrats Liebenau” stadionunda keçiriləcək