Əliyar Ağayev Konfrans Liqasının pley-off matçına təyinat alıb
Azərbaycanlı FİFA referisi Əliyar Ağayevə növbəti təyinat gəlib.
Mediasport.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində fevralın 22-də Bolqarıstanın Razqrad şəhərində keçiriləcək “Ludoqores” (Bolqarıstan) - “Servett” (İsveçrə) qarşılaşması idarə edəcək.
Ağayevin yardımçıları Zeynal Zeynalov və Akif Əmirəli olacaqlar.
Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Qarşılaşmanın VAR hakimi Türkiyədən Alper Ulusoy, onun köməkçisi həmyerlisi Abdulkadir Bitigen olacaq.
Fransalı Fredi Fautrel isə hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Matç Bakı vaxtilə saat 21:45-də başlanacaq.