"Qəbələ" sponsorsuz qaldı
2004-cü ildən "Qəbələ" İdman Klubunun təsisçisi və sponsoru olan “Gilan Holding”in bir müddət əvvəl ləğv edildiyindən xəbəriniz var.
Mediasport.az xəbər verir ki, şirkətin adının dəyişdirilməsi ilə yaradılmış “Xəzri Solutions” MMC də rəsmən ləğv olunduğunu elan edib.
“Gilan Holding”in adı bu ilin iyulunda dəyişdirilərək “Xəzri Solutions” adlandırılmış və Şirkətə Mübariz Əhmədağa oğlu Hüseynov rəhbərlik edirdi.
Ləğv qərarından sonra çoxlarını "Qəbələ"nin aqibəti düşündürür. Komandanı bundan sonra kimin-hansı şirkətin maliyyələşdirəcəyi böyük maraqla gözlənilir.
Ümumiyyətlə, yeni sponsorun olacağı bütün sualların önündə gəlir.