Braziliya və Argentinanın rəqibləri məlum olub - Amerika Kuboku

Braziliya və Argentinanın rəqibləri məlum olub - Amerika Kuboku

2024-cü ildə ABŞ-də keçiriləcək Amerika Kubokunun qrup mərhələsinin püşkatma mərasimi baş tutub.

Mediasport.az xəbər verir ki, yarışda 16 ölkənin yığma komandası mübarizə aparacaq.

Püşkatma Mayami şəhərində keçirilib. Son çempion Argentina A, digər iddialı Braziliya isə D qrupunda yarışacaq.

16 iştirakçıdan yalnız müəyyənləşməyib. Bu komandaların adlarına 2024-cü ilin martında keçiriləcək pley-off görüşlərindən sonra aydınlıq gətiriləcək.

Xatırladaq ki, Turnir iyunun 14-dən iyulun 14-dək təşkil ediləcək.

Yarışın qrup mərhələsinin oyunları 20 iyun - 2 iyul, 1/4 final mərhələsi 4-6 iyul, yarımfinal mərhələsi 9-10 iyul, 3-cü yer uğrunda görüş 13 iyul, final matçı isə 14 iyulda keçiriləcək.


Amerika Kuboku-2024

A qrupu: Argentina, Peru, Çili, Kanada/Trinidad Tobaqo

B qrupu: Meksika, Ekvador, Venesuela, Yamayka

C qrupu: ABŞ, Uruqvay, Panama, Boliviya

D qrupu: Braziliya, Kolumbiya, Paraqvay, Kosta-Rika/Honduras