Azad agent statusu daşıyan ən bahalı futbolçular - SİYAHI

Azad agent statusu daşıyan ən bahalı futbolçular - SİYAHI

Məşhur "Transfermarkt" portalı azad agent statusu daşıyan ən bahalı futbolçuların adlarını açıqlayıb.

Mediasport.az xəbər verir ki, birinci pillədə "Mançester Yunayted"in sabiq qapıçısı David de Xea qərarlaşıb.

Maraqlıdır ki, ikinci sırada da İngiltərə Premyer Liqasının başqa təmsilçisinin keçmiş futbolçusu yer alıb.

Azad agent statusu daşıyan ən bahalı futbolçular:

1. David De Xea (son klubu "Mançester Yunayted", 8 milyon avro)

2. Cessi Linqard ("Nottingem Forest", 6 milyon)

3. Şeka ("Renn", 5 milyon)

4. Ənvər əl-Qazi ("Mayns", 3 milyon)

5. Elder Koşta ("Lids", 2,8 milyon)

6. Xose Kampanya ("“Levante", 2,5 milyon)

7-9. Nemanya Yoviç ("Partizan", 2 milyon)

7-9. Süleyman Dumbia ("Anje", 2 milyon)

7-9. Santi Mina ("Selta", 2 milyon)

10. Darko Velkovski ("Əl-İttifaq", 1,8 milyon)