Superliqada 8 həftəyə 8-ci baş məşqçi istefası qeydə alınıb

Superliqada 8 həftəyə 8-ci baş məşqçi istefası qeydə alınıb

Türkiyə Superliqasında növbəti baş məşqçi istefası qeydə alınıb.

Mediasport.az xəbər verir ki, "Pendikspor" Osman Özköylü ilə yollarını ayırıb.

52 yaşlı mütəxəssis debütant komandaya 2021-ci ilin oktyabrından rəhbərlik edirdi. Özkökylü "Pendikspor"u 2-ci və 1-ci liqalarda çempionluğa daşımışdı.

Komanda Superliqada geridə qalan 8 turdan sonra 4 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, bu, startı heç iki ay olmayan Superliqada artıq 8-ci baş məşqçi istefasıdır.

"Başakşəhər" Emre Belözoğlunı, "Kayserispor" Çağdaş Atanı, "Qaziantep" Ərdal Günəşi, "İstanbulspor" Fatih Təkkəni, "Samsunspor" Hüseyin Əroğlunu, “Ankaragücü” Tolunay Kafkası, "Beşiktaş" isə Şənol Günəşi yola salıb.