AVRO-2024: İtaliya yığmasının yekun heyəti müəyyənləşdi
İyunun 14-də Almaniyada başlanacaq futbol üzrə Avropa çempionatına hazırlaşan İtaliya millisinin yekun heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, baş məşqçi Luçano Spaletti 26 nəfərlik heyəti müəyyənləşdirib.
Apenninlilər iyulun 14-dək davam edəcək qitə birinciliyinin B qrupunda İspaniya, Xorvatiya və Albaniya ilə qarşılaşacaqlar.
Qapıçılar: Canluici Donnarumma (PSJ, Fransa), Aleks Meret ("Napoli"), Qulyelmo Vikario ("Tottenhem", İngiltərə);
Müdafiəçilər: Alessandro Bastoni ("İnter"), Raul Bellanova, Alessandro Buonjorno ("Torino"), Rikkardo Kalafiori ("Bolonya"), Andrea Kambiasso ("Yuventus"), Matteo Darmian ("İnter"), Covanni Di Lorenso ("Napoli"), Federiko Dimarko ("İnter"), Canluka Mançini ("Roma"), Federiko Qatti ("Frosinone");
Yarımmüdafiəçilər: Nikolo Barella (“İnter”), Brayan Kristante (“Roma”), Nikolo Facioli (“Yuventus”), Maykl Folorunşo (“Verona”), Davide Frattezi (“İnter”), Jorjinyo (“Arsenal”, İngiltərə), Lorenso Pelleqrini (“Roma”);
Hücumçular: Federiko Kyeza (“Yuventus”), Stefan El-Şaaravi (“Roma”), Cakomo Raspadori (“Napoli”), Mateo Retegi (“Cenoa”), Canluka Skamakka (“Atalanta”), Mattia Zakkani (“Latsio”).