Ərdoğan klub prezidentinin döydüyü hakimə zəng edib

Ərdoğan klub prezidentinin döydüyü hakimə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xəstəxanada olan futbol hakimi Halil Umut Melerlə telefonla danışıb.

Mediasport.az xəbər verir ki, daxili işlər naziri Ali Yerlikaya 37 yaşlı referini ziyarət edib.

R.T.Ərdoğan ədalət təmsilçisinin tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, Superliqanın 15-ci turunun “Ankaragücü” - “Rizəspor” (1:1) matçından sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq baş hakim Halil Umut Meleri yumruqla vurub.