Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında - SİYAHI

Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında - SİYAHI

"Liverpul" İngiltərə Premyer Liqasının 16-cı turunda "Kristal Pelas"ı məğlub edib (2:1).

Mediasport.az xəbər verir ki, Yürgen Kloppun rəhbərlik etdiyi komanda geridönüş edərək vacib 3 xal qazanıb. 

"Qırmızılar"ın bərabərlik qolunun müəllifi Məhəmməd Salah ölkə çempionatının bütün zamanlarının ən çox qol vuran futbolçuları siyahısında sabiq forvard Maykl Ouenə çatıb.

İngiltərə Premyer Liqasında bütün zamanların ən çox qol vuran futbolçuları:

1. Alan Şirer - 260 qol

2. Harri Keyn - 213 qol

3. Ueyn Runi - 208 qol

4. Endi Koul - 187 qol

5. Serxio Aqüero - 184 qol

6. Frenk Lempard - 177 qol

7. Tyerri Anri - 175 qol

8. Robbie Foul - 163 qol

9. Cermeyn Defo - 162 qol

10-11. Maykl Ouen, Məhəmməd Salah - 150 qol