Türkiyə millisində ciddi itkilər: 2 futbolçu heyətdən kənarlaşdırılıb
Macarıstan və Avstriya ilə yoldaşlıq görüşləri keçirəcək futbol üzrə Türkiyə milli komandasının heyətində itkilər var.
Mediasport.az xəbər verir ki, "ay-ulduzlular"ın futbolçuları Cengiz Ünder və Ferdi Kadıoğlu zədələnib.
Baş məşqçi Vinçenso Montella "Fənərbağça"nın oyunçularının düşərgədən məcburi kənarlaşdırıb.
Onların əvəzinə yığmaya Şotlandiyanın "Reyncers" klubundan Rıdvan Yılmaz və "Alanyaspor"dan Oğuz Aydın dəvət olunub.