"Qarabağ"da ayrılıq rəsmiləşdi

"Qarabağ"da ayrılıq rəsmiləşdi

“Qarabağ”da növbəti ayrılıq rəsmiləşib.

mediasport.az xəbər verir ki, Ağdam təmsilçisinin futbol akademiyasının direktoru Tacəddin Doğan postunu tərk edib.

Türk funksionerlə müqavilə müddəti başa çatıb və yeni anlaşma imzalanmayıb. Tacəddin Doğan 2019-cu ildən Azərbaycan çempionunda işləyirdi.