"Qarabağ" - "Rakuv" oyununda "məxfi agent"lər iş başında olacaqlar
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" - "Rakuv" cütünün qalibi ilə qarşılaşacaq “Aris” klubunun məşqçiləri Bakıya gəliblər.
MediaSport.az xəbər verir ki, Kipr klubunun mütəxəssisləri Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı arenadan izləyib rəqiblər haqqında məlumat toplayacaqlar.
Limassol təmsilçisinin mətbuat katibi Kostas Papadopulos açıqlamasında qeyd edib ki, "gizli agentlər" vacib qeydlərini götürüb baş məşqçi Aleksey Şpilevskiyə tədqim edəcəklər.
Qeyd edək ki, matç saat 20:00-da start götürəcək.