Azərbaycan Premyer Liqası məşqçi istefaları sıralamasında neçəncidir?

Azərbaycan Premyer Liqası məşqçi istefaları sıralamasında neçəncidir?

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) 2022/2023-cü illər mövsümündə ən çox baş məşqçi dəyişikliyi qeydə alınmış futbol liqalarını açıqlayıb.

mediasport.az xəbər verir ki, Azərbaycan Premyer Liqası 60 çempionatın yer aldığı siyahının 50-ci pilləsində qərarlaşıb.

Ölkəmizdə cari mövsüm indiyədək 4 baş məşqçi dəyişikliyinin reallaşdığı qeyd olunub. Yaşar Vahabzadənin "Kəpəz"dən gedişindən sonra komandanı V turda “Qarabağ”la (0:1) oyuna Xaliq Mərdanov çıxarıb. Ardınca isə Tərlan Əhmədov baş məşqçi təyin edilib.

“Səbail” Mahmud Qurbanovu yola salaraq Şahin Diniyevi gətirib, “Sumqayıt”da isə Aleksey Baqanı Samir Abasov əvəzləyib.