Federasiya rəsmisi FİVB-nin Tibb Komissiyasına üzv seçildi

  Federasiya rəsmisi FİVB-nin Tibb Komissiyasına üzv seçildi

Beynəlxalq Voleybol Federasiyasının (FİVB) İdarə heyətinin ilk iclası keçirilib.

Mediasport.az xəbər verir ki, toplantıda FiVB komissiyalarının 2024-2028-ci illər üzrə tərkibi müəyyənləşib.

Azərbaycan Voleybol Federasiyasının həkimi Vüsalə Kazımova Tibb Komissiyasına üzv seçilib.

Xatırladaq ki, qurum rəsmisi həmçinin, Avropa Voleybol Konfederasiyasının Tibb Komissiyasının üzvüdür.