Federasiyanın vitse-prezidenti Avropa üzrə nümayəndə təyin olundu

Federasiyanın vitse-prezidenti Avropa üzrə nümayəndə təyin olundu

Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının vitse-prezidenti, Əməkdar məşqçi Abbas Hünbətov yeni uğura imza atıb.

mediasport.az xəbər verir ki, təcrübəli idman ustası Beynəlxalq Şinşidokan-kai Təşkilatının (BŞT) Avropa üzrə nümayəndəsi təyin olunub.

Mərkəzi Pakistanda yerləşən beynəlxalq təşkilatın təsisçisi və rəhbəri Kanço Şahzada Salim tərəfindən azərbaycanlı mütəxəssisə idmanın bu növünün Avropada inkişaf etdirilməsi və kütləviləşməsinə nail olmaq həvalə olunub.

Beynəlxalq qurumun rəhbərliyi yüksək peşəkarlığı ilə seçilən Abbas Hünbətovun əldə etdiyi nailiyyətlər və yetirmələrinin beynəlxalq arenada qazandığı uğurları nəzərə alaraq bu addımı atıb.

Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə idmanın şinşidokan-kai növünün inkişaf etdirilməsinə artıq start verilib.

Qeyd edək ki, Beynəlxalq Şinşidokan-kai Təşkilatı 2011-ci ildə yaradılıb. Hazırda 56 ölkə bu təşkilatın üzvüdür.